15 rayonun su problemi həll ediləcək – Sərəncam

11:57 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında  Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərsu” ASC və Dövlət Neft Şirkəti əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək üçün “Azərsu” ASC-yə 756 min manat vəsait ayrıldı.

 

Bütün xəbərlər