330x110
 

Prezident Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olub

12.08.2020,15:18


12 avqust, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.

ABC.AZ  xəbər verir ki, Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Dövlət başçısı yeni taksilərin xüsusiyyətləri barədə məlumat verildi.

Bildirildi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.