OPEC bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

17:23 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Gələn il Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 0,72 mln. barel səviyyəsində olacaq.

ABC.AZ OPEC-in avqust ayı üzrə hesabatına istinadən bildirir ki, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,72 mln. barel olacaq (iyun ayında verilən proqnoza uyğundur – red.).

Məlumata görə, bu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 112 min barel azalaraq 0,57 mln. barel təşkil edib. İyun ayında isə bu göstərici daha 0,02 mln. barel azalaraq 0,55 mln. barel olub, iyul ayında da dəyişməyərək 0,55 mln. barel təşkil edib.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

 

Bütün xəbərlər