330x110
 

Nazirlik mənzillər satın alır – Tender

13.08.2020,11:11


13 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzilin satınalınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 50 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 16.09.2020 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.09.2020 17:00qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 25.09.2020 15:30 tarixində aparılacaq.

Telefon: (994 12) 5964409

Əlaqələndirici şəxs: Şahin Qurbanov