AÇG-də hasilat 7% azalıb

14:38 - 13.08.2020


13 avqust, Fineko/abc.az. Bu ilin I yarımilində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan təxminən 91 mln barel, yəni 12 mln tondan artıq neft hasil edilib.

Bu barədə ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir.

Bu ilin I yarısında AÇG üzrə hasilat ötən ilin müvafiq dövründən 7% az olub.

Hesabat dövründə “Çıraq” platformasından gündəlik 38 min barel, “Mərkəzi Azəri” platformasından 123 min barel, “Qərbi Azəri” platformasından 122 min barel, “Şərqi Azəri” platformasından 66 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel,  “Qərbi Çıraq” platformasından 53 min barel olmaqal gündə orta hesabla 498 min barel hasilat olub.

Bildirilib ki, ikinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. 2020-ci ilin birinci yarısında AÇG-də 8 neft hasilat quyusu qazılıb.

 

Bütün xəbərlər