Azərsu Siyəzəndə su təchizatını yaxşılaşdırır

14:51 - 13.08.2020


13 avqust, Fineko/abc.az. “Azərsu” ASC Siyəzənin Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda deyilir ki, Sədan və Eynibulaq kəndlərinə əsas suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur.

Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş 6 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq və 170 ünvana ev birləşməsi veriləcək.

Qeyd edilir ki, layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.   Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.

 

Bütün xəbərlər