Yarim ildə BTC vasitəsilə 15 milyon ton xam neft nəql edilib

15:11 - 13.08.2020


13 avqust, Fineko/abc.az. 2020-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 48 milyon dollar, əsaslı xərclərə isə təqribən 14 milyon dollar xərclənmişdir.

Bu barədə ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir.

Qeyd olunur ki, 1768 km uzunluğunda olan BTC boru kəməri istismara verildiyi gündən  2020-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 462 milyon tondan artıq (3,47 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4526 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İki rüb ərzində isə BTC vasitəsilə təqribən 15 milyon ton (113 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 145 tankerə yüklənib.

 

Bütün xəbərlər