330x110
 

Yarım ildə CQBK-nin ötürücülük gücü 17% artıb

13.08.2020,15:47


13 avqust, Fineko/abc.az. 2020 – ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 mln dollar əməliyyat xərcləri və təqribən 5 mln dollar əsaslı xərclər sərf edilib.

Bu barədə ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir.

Boru kəmərinin əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 10% çox, əsaslı xərcləri 4,8 dəfə az olub.

İlin ilk 6 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,8 mln kubmetr olub. Bu isə ötən ilin müvafiq dövründən 17% çoxdur.