Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb

11:01 - 14.08.2020


14 avqust, Fineko/abc.az. Rusiyanın dövlət qaz şirkəti olan “Gazprom” 2020-ci ilin birinci yarısında Avropaya 78,9 milyard kubmetr təbii qaz ixrac edib.

TASS-a istinadən xəbər verilir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18 faiz azdır.

Belə ki, Qərbi Avropaya qaz ixracatı göstərilən müddət ərzində 17 faiz azalaraq 60 milyard kubmetr, Türkiyəyə hətta 70 faiz azalaraq 4,7 milyard kubmetr, Mərkəzi Avropaya 15 faiz azalaraq 17,7 milyard kubmetr, MDB ölkələrinə də 15,8 faiz azalaraq 14,73 milyard kubmetr təşkil edib.

Report.az

 

Bütün xəbərlər