330x100
 

AMB Bazar ertəsi depozit hərracında 100 mln. manat cəlb etməyi planlaşdırır

14.08.2020,11:56


14 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-nin məlumatında deyilir ki, avqustun 17-də Bank, depozit hərracında 14 günlük 100 mln. manat cəlb etməyi planlaşdırır.

Faiz dəhlizi üzrə cəlb olunan vəsaitlər 6,26% - 6,74% arasında müəyyən edilib.

AMB depozit hərraclarını 2016-cı ilin iyun ayından keçirir.