Bələdiyyə sədri 3000 manat cərimələndi

12:15 - 14.08.2020


14 avqust, Fineko/abc.az. Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3 000 manat məbləğində cərimə edilib.

 

Bütün xəbərlər