330x110
 

Son yeddi ayda ölkəyə gətirilən avtomobil sayı açıqlanıb

14.08.2020,14:24


14 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycana 340 milyon 968 min ABŞ dolları dəyərində 27 min 792 avtomobil idxal olunub.

Bu barədə ABC.AZ-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 25 min 999-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1615-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 77-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.