“Azəriqaz” İB-nin baş direktoru: Biz güzəştlərə razılıq verdik, lakin bunun qarşılığında ödəniş faizi aşağı oldu

15:57 - 14.08.2020


14 avqust, Fineko/abc.az. “Biz qış mövsümündə güzəştlərə razılıq verdik, lakin bu münasibətin qarşılığında ödəniş faizi xeyli aşağı oldu. Hətta bəzi sahibkarlar söz vermişdi ki, qazanc əldə etdikdən sonra öhdəliklərinə ən azı 30% əməl edəcəklər. Yəni borcun heç olmasa bu qədər hissəsi ilkin mərhələdə ödəniləcək. Amma bu da olmadı”.

ABC.AZ xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev  Şəmkir rayonunda fəaliyyət göstərən istixanalarda mövcud olan problemlərə dair keçirilən videokonfransda  deyib.

20-dən çox fermerin qatıldığı müzakirələrdə istehlak edilən qaza görə istixana sahiblərinin “Azəriqaz” İB-yə 12 milyon manata yaxın borcunun olması və digər məsələlər müzakirə edilib.

Ruslan Əliyev bu günkü duruma baxmayaraq yenə də sahibkarlara müəyyən qədər güzəştlərin olunmasını istisna etməyib. Amma bunun qarşılığında istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi vacib şərt olduğunu qeyd edib.

 

Bütün xəbərlər