Qazaxıstanda qalan daha 70 vətəndaşımız ölkəyə yola salınıb

16:30 - 14.08.2020


14 avqust, Fineko/abc.az. Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə göndərilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti tərəfindən Qazaxıstanda qalan daha 70 vətəndaşımız ölkəyə yola salınıb.

Azərbaycanın Aktaudakı baş konsulluğundan verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (4 nəfər), “Naxçıvan” (13 nəfər) “Həsən Həsənov” (4 nəfər), “Merkuri” (23 nəfər) və “Professor Gül” (26 nəfər) bərə-gəmiləri ilə yola salınan vətəndaşların hamısı koronavirus testindən keçiriliblər.

Qeyd edək ki, bu günə qədər baş konsulluq vasitəsilə ümumilikdə 283 azərbaycanlı Aktau limanından gəmi ilə Vətənə yola salınıb.

 

Bütün xəbərlər