330x110
 

Baş Nazir AİH-in yaradılması ilə bağlı fərmanının icrasının təmini məqsədilə tapşırıq verib

14.08.2020,16:53


14 avqust, Fineko/abc.az. Baş Nazir Əli Əsədov “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.