330x110
 

Kafe və restoranlar bu saata qədər işləyəcək - Detallar

15.08.2020,10:22


15 avqust, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində  xidmət göstərilməsinə icazə verilir.

 

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.

 

Müəllif: Elmir Murad