Hikmət Hacıyev: Təhsil müəssisələrinin açılması müzakirə olunur

11:29 - 15.08.2020


15 avqust, Fineko/abc.az.  “Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir.Digər ölkələrin təcrübəsinə də müraciət edilir”.

ABC.AZ  xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur. Yekdil qərar barədə danışmaq tezdir. Bu, epidemioloji vəziyyətlə bağlı olan bir sahədir. Təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə baxılmaqdadır”- deyə H.Hacıyev bildirib.

Bütün xəbərlər