Hikmət Hacıyev: Gələn həftə Rusiyadan vətəndaşlarımızın ölkəyə keçidi həyata keçiriləcək

11:39 - 15.08.2020


15 avqust, Fineko/abc.az.  “Mərkəzi Asiya ölkələrində bir neçə sayda vətəndaşlarımız qalıb, onların da gələn həftə bərə vasitəsilə ölkəmizə gətirilməsi təmin olunacaq”.

ABC.AZ  xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, müəyyən qrafik əsasında  Rusiya-Azərbaycan sərhədində Azərbaycanda olan Rusiya vətndaşlarının  Rusiyaya quru yolla keçidi təmin olunur. Eyni zamanda, gələn həftə ərzində də bu meyarlara Rusiyadan vətəndaşlarımızın ölkəmizə keçidi həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyac olmadığı təqdirdə xarici səfərlər etməsinlər”.

 

Bütün xəbərlər