Operativ Qərargah: Göstərilən tələblərin pozulmasına görə sahibkarlar cərimələnəcək

11:52 - 15.08.2020


15 avqust, Fineko/abc.az.  İaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək. Sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq.

ABC.AZ  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək.

 

 

Bütün xəbərlər