“Türk Hava Yolları” gələn aydan bir sıra ölkələrə uçuşlarını bərpa edir

10:17 - 17.08.2020


17 avqust, Fineko/abc.az. “Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.

Xəbər verilir ki, plana əsasən iyunun 11-dən aviareysləri mərhələli şəkildə bərpa edən şirkət sentyabrın 1-dən etibarən Rusiya, Gürcüstan, İran, Kanada, Madaqaskar, Estoniya, Vyetnam, Səudiyyə Ərəbistanı, Əlcəzair, Əfqanıstan, İraq, Hindistan, Bəhreyn, İordaniya, Türkmənistan, Litva, Monqolustan, Yunanıstan, Mərakeş, Oman, Nigeriya, Cənubi Afrika və dünyanın bir sıra ölkələrinə uçuşlar həyata keçirəcək.

“Türk Hava Yolları”ın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir.

Bütün xəbərlər