Nazirlik 936 min manatlıq tender qalibini elan etdi

11:08 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” MMC Oustaffinq (ştatdan kənar işçi qüvvəsinin təqdim edilməsi) xidmətinin satın alınması üçün elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi   "FİNANCİAL CHAİN CORPORATİON" MMC olub.

Qalib şirkətə 936939 manat ödəniləcək.

 

Bütün xəbərlər