AMB depozit hərracında 100 mln. manat cəlb edib

12:20 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 100 mln. manat cəlb edib.

"AMB avqustun 17-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərracda təklif 496,7 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz dərəcəsi 6,26% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Bütün xəbərlər