Azərbaycandan qonşu ölkəyə investisiyaların həcmi azalıb

12:23 - 17.08.2020


17 avqust, Fineko/abc.az. 2019-cu ildə Azərbaycandan Gürcüstana edilən birbaşa xarici investisiyanın həcmi illik müqayisədə 6,88 dəfə azalaraq 35,788.9 min dollar təşkil edib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

 Qeyd olunub ki, 2019-cu ildə bu ölkəyə qoyulan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 4 483.7 min dollar və ya 0.3% artaraq 1,310,773.7 min dollar təşkil edib. 2018-ci ildə isə bu göstərici 1,306,290.0 min dollara bərabər olub.

2019-cu ildə Gürcüstana Avropa İttifaqı ölkələri tərəfindən 656,317.4 min dollar, MDB ölkələri tərəfindən 139,184.2 min dollar, beynəlxalq təşkilatlar tərəfindən  isə 6,883.7 min dollar həcmində birbaşa xarici investisiya qoyulub.

 

Bütün xəbərlər