“Aqrolizinq” ASC-nin adı dəyişdirildi – Prezidentin Fərmanı

14:47 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev “Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti  adlandırılacaq.

Qeyd olunur ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir.

 

Bütün xəbərlər