“Petkim”in baş direktoru: "Petkim" altı ay ərzində 1 mlrd TRY nağd vəsait əldə edib

14:59 - 17.08.2020


17 avqust, Fineko/abc.az. “Pandemiya zamanı dünyada bir çox neft-kimya müəssisəsi və neft emalı zavodlarının istehsalını azaltdığı, bəzilərinin isə müvəqqəti olaraq istehsalı dayandırdığının şahidi olduq. Bu dövrdə qrupumuza daxil olan STAR neft emalı zavodu istehsal çevikliyi sayəsində pandemiya şərtlərinə sürətlə uyğunlaşdı və istehsal gücünü aşağı salmadan fəaliyyətini davam etdirdi.

ABC.AZ xəbər verir ki, bu sözləri “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov deyib.

O, bildirib ki, "Petkim" 2020-ci ilin altı ayı ərzində əməliyyat fəaliyyətindən 1 mlrd TRY nağd vəsait əldə edib:

Bunun sayəsində “Petkim” əsas xammalı olan naftanı STAR-dan fasiləsiz şəkildə aldı. Bu vəziyyət STAR zavodunun nə qədər uğurlu investisiya olduğunu və STAR-Petkim inteqrasiyasının nə qədər düzgün strategiya üzərində qurulduğunun əyani sübutu oldu. Şirkətimiz 2020-ci ilin II rübündə göstərdiyi yüksək fəaliyyət nəticəsində 145 mln lirə mənfəət əldə etdi.

Bundan başqa, Türk Standartları İnstitutu tərəfindən 19-24 iyunda müəssisələrimizdə həyata keçirilən audit uğurla yekunlaşıb. “Petkim”, STAR və “SOCAR Depolama” şirkətləri “TSE COVİD-19 etibarlı istehsal sertifikatı” alıb”.

 

Bütün xəbərlər