Kamran Məcidov Xalq Bankın İdarə Heyətinin Sədri təyin edilib

11:13 - 18.08.2020


18 avqust, Fineko/abc.az. "Xalq Bank" Səhmdarlarının Ümumi Yığıncağının iclasında Bankın İdarə Heyəti sədrinin birinci müavini Kamran Məcidov Xalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

ABC.AZ-a Bankdan verilən məlumata görə, uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Ağayev Bankın Müşahidə Şurasının üzvü seçilib.

Kamran Məcidov əmək fəaliyyətinə 2002-ci ildən etibarən bank sektorunda başlayıb. Ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2008-ci ildən Xalq Bankda çalışır.

 

Bütün xəbərlər