AMB valyuta hərracında banklara $58,9 mln. satıb

12:50 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 18-də valyuta hərracında banklara $58,9 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $58,9 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər