“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

14:07 - 18.08.2020


18 avqust, Fineko/abc.az. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən Nazirlər Kabineti dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na Keçid Planını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında bir ay müddətində təsdiq etsin.

 

Bütün xəbərlər