İran və Türkiyə arasında aviareyslər bərpa edilir

15:12 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Sentyabrın 1-dən İran və Türkiyə arasında aviareyslər bərpa edilir.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.

Onun sözlərinə görə, Türkiyədən həftədə 21 uçuş Tehrana, 4 uçuş Təbriz və Şiraza təşkil olunacaq.

Sentyabrın 5-dən isə Türkiyədən Məşhəd və İsfahan şəhərlərinə də uçuşlar təşkil olunacaq.

İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşlar həyata keçiriləcək.

 

Bütün xəbərlər