Azərbaycanda neft hasilatı azalıb

16:08 - 18.08.2020


18 avqust, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1,4 milyon ton az olub.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən ölkə üzrə hasil edilmiş neftin 14 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,3 milyon ton təşkil edib.

Yeddi ayda 16,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4 milyon ton, yəni 7,6 faiz azdır. Neft-kondensatın 16,2 milyon tonu konsorsium, 0,7 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

 

Bütün xəbərlər