Cari ildə xaricə qaz satışı 16,7 faiz artıb

16:13 - 18.08.2020


18 avqust, Fineko/abc.az. 2020-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10 faizdən çox, yəni 2 milyard kubmetr artımla 22,3 milyard kubmetr qaz hasil edilib.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən məlumat verilib.

Qaz hasilatının 7 milyard kubmetri AÇG-dən, 11 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,3 milyard kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 7,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24 faiz çox, yəni 6,3 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,4 milyard kubmetr olub.

 

Bütün xəbərlər