ABŞ Çinlə ticarət danışıqlarını dayandırıb

10:15 - 19.08.2020


19 avqust, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp rəsmi Pekinlə ticarət danışıqlarını təxirə saldığını açıqlayıb.

Bu barədə AĞ Evin lideri Arizona ştatında jurnalistlərlə görüşündə bildirib.

“Çin ilə danışıqları təxirə saldım. Bilirsiniz niyə? Bu ölkənin dünyaya etdiklərinə nəzərə alsaq, indi onlarla münasibət qurmaq istəmirəm. İndi Çinlə danışıqlar aparmaq istəmirəm”-deyə, o bildirib.

Bundan əvvəl, “Sous Çayn Morninq Post” qəzeti ABŞ və Çin arasında avqust ayında ticarət danışıqlarının bərpa ediləcəyini dərc etmişdi. Əsas məqsəd ilin əvvəlində imzalanmış ticarət razılaşmasının birinci hissəsinin reallaşdırılması prosesinin dəyərləndirilməsidir.

Cari ilin yeddi ayında iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 6.4% azalaraq 288 milyard ABŞ dollarına çatıb. Təkcə ötən ay (İyul – Red) ABŞ-la Çin arasında ticarət 55 milyard ABŞ dolları təşkil edib.

Report.az

 

Bütün xəbərlər