330x100
 

IFC Mərkəzi Bank ilə müqavilə imzaladı

19.08.2020,10:50


19 avqust, Fineko/abc.az. Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Mərkəzi Bankı ilə müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, bu müqavilə üzrə fəaliyyətə rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılması daxil olacaq və bu da öz növbəsində mənfəətliliyin artması və özəl müəssisələrin böyüməsinə dəstək verilməsinə, o cümlədən bazarın investisiya üçün açılmasına səbəb olacaq.

Bu fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin  “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.

Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaq.