Azərbaycan qonşu ölkənin neft bitumu ixracatçıları sırasında birinci yerdədir

11:21 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində neft bitumu idxalını 31,1 faiz azaldıb.

Bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstan ümumilikdə 57,2 min ton neft bitumu idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,7 min ton və ya 31,1 faiz azdır.

Gürcüstanın idxal etdiyi neft bitumunun 59,3 faizi və ya 33,9 min tonu Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin neft bitumu ixracatçıları sırasında birinci yerdədir.

İkinci yerdə 11,2 min tonla (19,6 faiz) İraq, üçüncü yerdə 7,6 min tonla (13,3 faiz) İran, dördüncü yerdə isə 3,2 min tonla (5,6 faiz) Rusiya dayanır.

 

Bütün xəbərlər