Azərbaycanlı iş adamları Həştərxan vilayətində nəqliyyat və logistika xidmətlərindən istifadə etməkdə maraqlıdırlar

12:47 - 26.01.2018


26 yanvar, Fineko/abc.az. “Rusiya Dəmir Yolları” ASC, regional hökumətin nümayəndələri və Azərbaycanın iş adamları, “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə malların perspektivli axınının işlənməsi üçün Həştərxan vilayətinin logistik potensialını müzakirə etdilər.

Volqayanı dəmir yolunun rəisi Sergey Almeyev bildirdi ki, Həştərxanda Kutun stansiyasının yük sahəsinin bazasında Rusiyaya  tez xarab olan idxal yüklərinin dəmir yolu ilə çatdırılmasında iştirak üçün bütün imkanlar  vardır. Müşavirə iştirakçılarına yük sahəsinin istehsal bazasının yerləşməsi sxemi və onun yol inkişafı göstərilmişdir.

“Biz, nəqliyyat-logistika xidmətlərinin kompleks dövrünü təşkil etməyə hazırıq. Bura,  ərazilərin, binaların, məhsulun emalı və  saxlanılması üçün tikililərin təqdim edilməsi, logistika, həmçinin imtiyazlar və endirimlər sistemi daxildir”, - bunu, Volqayanı dəmir yolunun rəisi Sergey Almeyev deyib.

Azərbaycanlı iş adamları təklif olunan perspektivlərdə maraqlı olduqlarını və  bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər.

 

 

Bütün xəbərlər