Cari ildə xarici müəssisələr tərəfindən əsas kapitala yönələn vəsait artıb

12:27 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 milyon manat vəsait yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 milyon manatı (87,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 8 faizini cari təmir, 19,2 faizini isə digər tikinti işləri təşkil edib.

 

Bütün xəbərlər