Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

15:03 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Avqustun 19-da Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (ARMB) 50100883S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə ABC.AZ-a BFB-dən məlumat verilib.

Bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 (6.26 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 468 milyon 97 min 300 manat olub.

MB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5158 (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar sentyabrın 16-da ödəniləcək.

 

Bütün xəbərlər