Təhsil naziri daha bir müşavir təyin etdi

15:51 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Təhsil naziri Emin Əmrullayev daha bir müşavir təyinatı ilə bağlı əmr imzalayıb.

Məlumata görə, nazirin əmri ilə bu vəzifəyə Rüstəm Ağayev təyin olunub.

Bununla da, E.Əmrullayevin müşavirlərinin sayı artıb.

Daha əvvəl Simuzər Feyzullayeva da Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ağayev O, 2017-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təlimə Dəstək Mərkəzinin direktor müavini, 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müşaviri, 10 iyul 2020-ci il tarixindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb.

© Report.az

 

Bütün xəbərlər