Azərbaycanda Amerika valyutasının məzənnəsi artaraq 1,7003 AZN/1USD təşkil etdi

16:54 - 10.10.2017


Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və   Dövlət Neft Fondu (SOFAZ) bu gün növbəti ikitərəfli valyuta hərracında iştirak etdilər.

AMB-da bildirildiyi kimi, hərracın nəticəsinə görə, Amerika valyutasının orta çəkili məzənnəsi 1 USD = 1,7003 AZN təşkil etdi.

Daha öncə, 5 oktyabr tarixində keçirilmiş hərracda məzənnə 1 USD = 1,7002 AZN təşkil etmişdir.

Bütün xəbərlər