Azərbaycanda sığorta vasitəçilərinin attestasiyası prosesi keçiriləcək

13:02 - 26.01.2018


26 yanvar, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçilərinin attestasiyasını keçirəcək.

Palatadan verilən məlumata əsasən, attestasiya fevralın 1-nə qədər keçiriləcək.

“Attestasiyada 4 nəfər sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və 54 nəfər sığorta vasitəçisinin iştirakı planlaşdırılır”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər