Muğan Bank investisiya şirkəti yaradıb

11:14 - 20.08.2020


20 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi isə Zahir Dünyamalı oğlu Abdullayevdir.

Xatırladaq ki, “Muğan Bank” bir qədər əvvəl lizinq şirkəti də yaratmışdı. “Muğan Lizinq” MMC də sözügedən ünvanda qeydiyyata alınmışdı.

 

Bütün xəbərlər