Bakıda parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq

11:47 - 20.08.2020


20 avqust, Fineko/abc.az. Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir. Layihənin Bakı Nəqliyyat Agentliyində keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub.

Bu barədə ABC.AZ BNA-ya istinadən xəbər verir.

Bildirilib ki, 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq.

Xatırladaq ki, "Alpina Parking Consulting” MMC  qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA tərəfindən keçirilən tenderin qalibi olmuşdur.

BNA xidmətlər üçün şirkətə  2 milyon 124 min manat ödəyəcək.

 

Bütün xəbərlər