AMB valyuta hərracında banklara $62,3 mln. satıb

12:35 - 20.08.2020


20 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 20-də valyuta hərracında banklara $62,3 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $62,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

Bütün xəbərlər