14:38 - 26.01.2018
26 yanvar, Fineko/abc.az. Sinoptiklər sabah Bakıda və Abşeronda qar yağacağını proqnozlaşdırırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata əsasən, Bakıda və yarımadada hava arabir yağıntılı olacaq, yarımadanın bəzi yerlərində yağıntı intensiv olacaq, qar yağacaq, gündüz isə tədricən kəsiləcəyi ehtimal edilir. Mülayim şimal-şərq küləyinin sürəti arabir güclənəcək.
“Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, Azərbaycanın bölgələrində sabah hava arabir yağıntı olacaq, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq. Ayrı-ayrı yerlərdə duman gözlənilir.
“Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var”, - deyə nazirlik xəbərdarlıq edir.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024