Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

16:02 - 20.08.2020


20 avqust, Fineko/abc.az. Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

TMB-nin yaydığı  məlumatına görə, iclasda uçot dərəcəsi dəyişdirilməyərək 8,25% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75%-dən 8,25-ə endirilmişdi.

©Report.az

 

Bütün xəbərlər