Azərbaycan Mərkəzi Bankı banklar və poçt rabitəsinin operatorunun nümayəndələri ilə görüş keçirib

14:48 - 26.01.2018


26 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankda (AMB) kommersiya bankları və poçt rabitəsinin milli operatorunun nümayəndələri ilə görüş keçirilib.

AMB-dan verilən məlumata əsasən, tam avtomatlaşdırılmış “Nağd pulun idarəetmə sistemi”ndə (CMS) yaradılmış yeni imkanlar və texnoloji məhsullar barəsində təqdimat keçirilmişdir.

“Bildirilmişdir ki, həmin sistemin tətbiqi nağd pulla əməliyyatların avtomatlaşdırılmasına və elektron identifikasiyasına, məlumatların təhlükəsizliyinin təmin olunmasına və risklərin minimallaşdırılmasına və bütövlükdə idarəetmənin effektivliyinin yüksəldilməsinə imkan vermişdir”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər