“Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı artırıldı

10:24 - 21.08.2020


21 avqust, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nizamnamə kapitalı 100 milyon manat və yaxud 12,4% artırılıb.

ABC.AZ. report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 806 061 960 manatdan 906 061 960 manata çatdırılıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli  qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.

 

Bütün xəbərlər