Avqustun 24-də AMB depozit hərracında 150 mln. manat cəlb etməyi planlaşdırır

11:57 - 21.08.2020


21 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-nin məlumatında deyilir ki, avqustun 24-də depozit hərracında Bank, 14 gün müddətinə 150 mln. manat cəlb etməyi planlaşdırır.

Faiz dəhlizi üzrə cəlb olunan vəsaitlər 6,26% - 6,74% arası müəyyən edilib.

AMB depozit hərraclarını 2016-cı ilin iyun ayından keçirir.

 

Bütün xəbərlər