330x100
 

“ASAN müraciət” informasiya sistemi yaradılır

21.08.2020,17:01


21 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılır.

Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən edildi.