“Qala Sığorta” şirkəti regional nümayəndəliyini açdı

26.01.2018,15:35


26 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “Qala Sığorta” sığorta şirkəti Lənkəran şəhərində nümayəndəliyinin rəsmi açılışını qeyd edib.

Şirkətin məlumatında deyildiyi kimi, cənub bölgəsinin əhalisi “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər.

“Lənkəran nümayəndəliyi vasitəsi ilə 23 sığorta növü üzrə xidmət göstəriləcək. Bu sığorta növlərindən 19-u könüllü, 4-ü isə icbari sığorta növüdür”, - məlumatda belə deyilir.

 

Açar sözlər: Qala Sığorta